Avropa çempionatı: millimiz Moldova ilə heç-heçə edib
Tarix: 14-11-2023 17:10 | Bölmə: İdman
Avropa çempionatı: millimiz Moldova ilə heç-heçə edib

19 yaşadək qız futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Məlumata görə, Həbib Ağayevin baş məşqçisi olduğu kollektiv üçüncü - sonuncu matçda Moldova ilə üz-üzə gəlib.

Qarşılaşma qolsuz bərabərliklə bitib. B Liqasının 3-cü qrupundakı digər oyunda Sloveniya Kosovonu 5:2 hesabı ilə üstələyib.

Qeyd edək ki, U-19 daha əvvəl Sloveniyaya 0:9, Kosovoya 0:3 hesabı ilə uduzub. Yekunda Sloveniya 9, Kosovo 6, Moldova və Azərbaycan hərəyə 1 xal qazanıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər