18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Moskvada beynəlxalq yarış: idmançılarımız 7 medal qazanıblar
Tarix: 15-11-2023 18:03 | Bölmə: İdman
Moskvada beynəlxalq yarış: idmançılarımız 7 medal qazanıblar

Azərbaycan karateçiləri Rusiyanın paytaxtı Moskvada keçirilən beynəlxalq yarışda 7 medal qazanıblar.

Reyting.az
xəbər verir ki, Asiman Qurbanlı və Mədinə Sadıqova "Moskva Vselennaya" turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yalnız həlledici döyüşdə məğlub olan Rafiz Həsənov gümüş medal əldə edib.

Roman Heydərov (kata), Hüseyn Məmmədli, Nuran Rza-Zadə və Abbas Dadaşov isə yarışı üçüncü pillədə başa vurublar.

Qeyd edək ki, turnirdə 27 ölkədən 331 karateçi mübarizə aparıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}