18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Türkiyə millisinin təyyarəsi Münhenə təcili eniş edib - Səbəb
Tarix: 22-11-2023 10:36 | Bölmə: İdman
Türkiyə millisinin təyyarəsi Münhenə təcili eniş edib - Səbəb

UEFA 2024 Avropa Çempionatı (AVRO 2024) çərçivəsində son oyununda Uelslə səfərdə 1:1 hesablı heç-heçə edən Türkkyə yığma komandasını daşıyan təyyarə Almaniyanın Münhen şəhərinə təcili eniş edib.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb baş məşqçi Vincenzo Montellanın qardaşının xəstəliyidir.

Məlumata görə, milli komandanı Kardiffdən İstanbula aparan təyyarədə olan Vinçenzo Montellanın böyük qardaşı Emanuele Montellanın halı qəfil pisləşib. Bu səbəbdən təyyarə Münhen hava limanına eniş edib. Emanuele Montellanı müayinə edilməsi üçün xəstəxanaya aparıblar. TFF rəsmisi Hamit Altıntop və Vinçenzo Montella da onunla birlikdə xəsətxanaya yollanıblar. Təyyarə bundan sonra İstanbula yön alıb.

Qeyd edək ki, Uelslə oyun 1-1 hesabı ilə başa çatıb.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}