Canni De Byazi: "Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var"
Tarix: 22-11-2023 15:07 | Bölmə: İdman
Canni De Byazi: "Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var"

"Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var".

Reyting.az
xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni De Byazi "Tuttomercato" nəşrinə müsahibəsində deyib.

67 yaşlı mütəxəssis nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib: "Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq".

De Byazi işləməyə davam etmək istədiyini söyləyib: "Müqəddəs atəş hələ sönməyib. Hazırda Milad bayramının keçməsini gözləyirik. 2024-cü ildə təklif olsa, dəyərləndirməyə hazıram"(Report).

Qeyd edək ki, Canni De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər