Bakı çempionatı: idmançılarımız qızıl medal qazanıb - Siyahı
Tarix: 24-11-2023 18:01 | Bölmə: İdman
Bakı çempionatı: idmançılarımız qızıl medal qazanıb

Şağan Olimpiya İdman Kompleksində sərbəst və yunan-Roma güləşi üzrə keçirilən Bakı çempionatının mükafatçıları müəyyənləşib.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, yarışda 207 idmançı iştirak edib.

Sərbəst güləşdə Şahin Muxtarov (57 kq), Mahir Əmiraslanov (61 kq), Seymur Cəbrayılov (65 kq), Rübail İbrahimli (70 kq), Vüsal Əliyev (74 kq), Emin Qocayev (79 kq), Səttərxan Allahverdili (86 kq), Anar Cəfərov (92 kq), Cavid Sadıqov (97 kq) və Xəyal Xanmuradov (125 kq) çempion olublar. Yunan-Roma güləşində isə Emin Cavadlı (55 kq), Hüseyn Hüseynov (60 kq), Ariz Hüseynov (63 kq), Seymur Qasımov (67 kq), Namaz Rüstəmov (72 kq), Cavidan Nehmətov (77 kq), Hüseyn Hümbətzadə (82 kq), Cocu Səmədov (87 kq), Aqil Musayev (97 kq) və Xəyal Xanmuradov (130 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qeyd edək ki, bu yarış dekabrın 19-21-də Bakı İdman Sarayında keçiriləcək Azərbaycan çempionatına seçim xarakteri daşıyır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}