Ruslan Abışov təltif olunub
Tarix: 27-11-2023 18:00 | Bölmə: İdman
Ruslan Abışov təltif olunub

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Abışov təltif olunub.

Reyting.az
xəbər verir ki, bu il peşəkar karyerasını başa vuran müdafiəçi milli assosiasiyada baş katib Sərxan Hacıyevlə görüşüb.

O, AVRO-2024-ün seçmə mərhələsində İsveçlə keçirilən ev oyunundan (3:0) öncə ölkədə olmadığından təqdimetmə mərasimində iştirak edə bilməmişdi. S.Hacıyev yığmanın sabiq üzvünə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Ruslan Abışov 2009-2018-ci illərdə Azərbaycan millisinin heyətində 56 oyun keçirib, 4 qola imza atıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}