"Qarabağ"-"Hakken" oyununun biletləri satışa çıxarılıb
Tarix: 28-11-2023 13:29 | Bölmə: İdman
"Qarabağ"-"Hakken" oyununun biletləri satışa çıxarılıb

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu - VI turunda evdə İsveçin "Hakken" klubuna qarşı keçirəcəyi oyununun biletləri satışa çıxarılıb.

Reyting.az
kluba istinadla xəbər verir ki, qiymətlər müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlardakı biletlərin qiyməti isə 250 manatdır.

Biletləri t.az-ın satış məntəqələrindən (iticket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopundan, Tofiq Bəhramov adına Respublika stadionunun və Heydər Əliyev sarayının kassalarından əldə etmək mümkündür. ”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq "Qarabağ" - "Hakken" görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu dekabrın 30-da, V turda isə Norveçdə "Molde"nin qonağı olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}