Azərbaycan Kuboku: II təsnifat mərhələsi başlayıb
Tarix: 28-11-2023 15:42 | Bölmə: İdman
Azərbaycan Kuboku: II təsnifat mərhələsi başlayıb

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinə start verilib.

Reyting.az
xəbər verir ki, ilk olaraq üç qarşılaşma baş tutub.

İrəvan səfərdə "Araz Saatlı"nı 4:1 hesabı ilə məğlub edib. Komanda 1/8 finalda "Kür-Araz" - "Araz-Naxçıvan" cütünün qalibi ilə üz-üzə gələcək.

MOİK isə "Cəbrayıl"dan üstün olub - 4:0. Ordu klubu növbəti raundda "Qarabağ"a rəqib olub.

"Difai Ağsu"ya 1:0 hesabı ilə qalib gələn "Karvan" isə 1/8 finalda "Lerik" - "Sumqayıt" duelinin güclüsü ilə görüşəcək.

Qeyd edək ki, günün digər oyunlarında "Səbail" hazırda "Şəfa" ilə qarşılaşır. Premyer Liqa təmsilçisi 3:0 hesabı ilə öndədir. Günün son görüşündə "Turan Tovuz" "Göygöl"ü qəbul edəcək.

II təsnifat mərhələsinin digər matçları 29-30 noyabrda olacaq(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}