Beynəlxalq yarış: yığma komandamız Dohaya gedir
Tarix: 01-12-2023 16:43 | Bölmə: İdman
Beynəlxalq yarış: yığma komandamız Dohaya gedir

4-18 dekabrda Qətərin paytaxtı Dohada Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-prisi keçiriləcək.

Məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 500-ə yaxın atlet iştirak edəcək.

Azərbaycan yığmasının üzvləri də körpücük üzərinə çıxacaqlar.

Qadınlardan Nazilə İsmayılova (49 kq), kişilərdən Ömər Cavadov (73 kq), Əli Şükürlü (102 kq), Dadaş Dadaşbəyli (109 kq) mübarizə aparacaqlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər