22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb
Tarix: 04-12-2023 15:50 | Bölmə: İdman
Azərbaycan çempionatında növbəti turun proqramı açıqlanıb

Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunların keçirilmə vaxtı bəlli olub.

Federasiyadan Reyting.az-a verilən məlumata görə, dekabrın 5-də IV turun iki görüşü baş tutacaq.

Günün ilk qarşılaşması “Milli Aviasiya Akademiyası” və "Azərreyl" komandaları arasında olacaq. Oyun saat 16:00-da başlayacaq.

Saat 18:00-da start götürəcək turun digər matçında isə “Murov Az Terminal” və UNEC kollektivləri üz-üzə gələcək.

Qeyd edək ki, hər iki oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib