22:34 / 20-06-2025
Türkiyədə zəlzələ olub
“Zirə”nin baş məşqçisi cəzalandırılıb
Tarix: 06-12-2023 16:00 | Bölmə: İdman
“Zirə”nin baş məşqçisi cəzalandırılıb

“Zirə”nin əvəzedici komandasının baş məşqçisi Zaur Həşimov cəzalandırılıb.

Reyting.az
xəbər verir ki, buna 42 yaşlı mütəxəssisin Əvəzedicilər Liqasının XV turunda “Neftçi-2” ilə oyunun 10-cu dəqiqəsində qırmızı vərəqə alması səbəb olub.

Hakimin qərarına etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alan Zaur Həşimov 2 matçlıq cəzaya məruz qalıb. Həmçinin klub 150 manat cərimə ödəməli olacaq.

Qeyd edək ki, “Zirə-2” – “Neftçi-2” oyunu ikincilərin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.




Bölməyə aid digər xəbərlər
11-06-2025, 21:06 Acun Ilıcalı istefa verib