“Sabah” klubu: "Baş məşqçi məsələsi hələ ki açıq qalır"
Tarix: 11-12-2023 15:02 | Bölmə: İdman
“Sabah” klubu: "Baş məşqçi məsələsi hələ ki açıq qalır"

“Sabah” basketbol klubu yeni baş məşqçi ilə bağlı qərar verməyə tələsmir.

Bunu “Report”a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru Elşən Yusubov deyib.

O bildirib ki, komandaya hələlik Nikola Bozinovski rəhbərlik edəcək: “Baş məşqçi məsələsi hələ ki açıq qalır. Buna nə vaxt baxılacağı ilə bağlı heç bir məlumat yoxdur. Hələlik baş məşqçi əvəzi Nikola Bozinovski bu vəzifəni icra edir. Komandanı məşqlərə, oyunlara o çıxarır. Bozinovski sabiq çalışdırıcı Boban Mitevlə birlikdə gəlmişdi. Onun müqaviləsinin müddəti mövsümün sonuna qədərdir”.

Elşən Yusubov əlavə edib ki, Mitev öz istəyi ilə ayrılmasaydı, rəhbərlik onu postunda saxlayacaqdı: “Mitevin ailəsində problem var idi. Anası və yoldaşı xəstə idi. Ona görə də burada qala bilmədi. Qalmaq istəsəydi, əlbəttə ki, işini davam etdirəcəkdi”.

Qeyd edək ki, “Sabah” hazırda 13 xalla Azərbaycan Basketbol Liqasına başçılıq edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}