Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək
Tarix: 13-12-2023 14:00 | Bölmə: İdman
Ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Mərkəzinin yarış zalında ağırlıqqaldırma üzrə Azərbaycan Kuboku keçiriləcək.

Reyting.az
xəbər verir ki, turnir dekabrın 16-17-də baş tutacaq.

Şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən 100-dən çox atlet yarışda qüvvəsini sınayacaq.

Azərbaycan Kubokunun təşkilində məqsəd ölkənin ağırlıqqaldırmanın bölgələrdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətləri və klublarında bu idman növünün səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli idmançıların aşkar edilməsi, texniki cəhətdən hazırlıqlı və müvafiq tələbləri yerinə yetirənlərin yığma komandalara seçilməsidir.

Yarış həmçinin Paris-2024 Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyan Avropa çempionatında iştirak edəcək heyətin müəyyənləşdirilməsi baxımından da böyük önəm daşıyır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}