FİFA ən yaxşı məşqçi mükafatına namizədləri açıqlayıb
Tarix: 13-12-2023 19:19 | Bölmə: İdman
FİFA ən yaxşı məşqçi mükafatına namizədləri açıqlayıb

Beynəlxalq Futbol Federasiyası (FİFA) 2023-cü ilin ən yaxşı məşqçisi mükafatına namizədlərin adlarını açıqlayıb.

Reyting.az
xəbər verir ki, namizədlər siyahısında Xosep Qvardiola (“Mançester Siti”), Simone İnzaqi (“İnter”) və Luçano Spalettinin (“Napoli”, İtaliya) adları var.

Xatırladaq ki, Qvardiola ötən mövsüm “Mançester Siti”yə eyni vaxtda üç turnirdə - Çempionlar Liqasında, İngiltərə Premyer Liqasında və İngiltərə Kubokunda qələbə qazandırıb. İnzaqi "İnter"lə İtaliya kubokunu qazanıb və Milano komandasını Çempionlar Liqasının finalına çıxarıb. Spalletti də öz növbəsində "Napoli"yə 33 ildə ilk Skudettosunu qazanmağa kömək edib. Bundan sonra 64 yaşlı mütəxəssis Avro-2024-ün finalına yüksəldiyi İtaliya millisinə rəhbərlik edib.

Kateqoriyanın qalibi 15 yanvar bazar ertəsi baş tutacaq The Best mükafatlandırma mərasimində elan olunacaq.

Onu da qeyd edək ki, ötən il DÇ-2022-də komandasını qələbəyə aparan Argentina millisinin baş məşqçisi Lionel Skaloni ilin məşqçisi seçilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}