Hakimi yumruqlayan prezident partiyadan istefa verib
Tarix: 14-12-2023 20:51 | Bölmə: İdman
Hakimi yumruqlayan prezident partiyadan istefa verib

"MKE Ankaragücü" - "Çaykur Rizespor" matçından sonra hakim Halil Umut Meləri yumruqlayan "MKE Ankaragücü" Klubunun prezidenti Faruk Koca üzvü olduğu AK Partiyadan istefa verib.

Reyting.az
Türkiyə mətbuatına istinadla bildirir ki, o, istefa ərizəsində hakimi vurmasına görə cəmiyyətdə AK Partiyaya hər hansı bir ittiham yönəlməsini istəmədiyini deyib.

Xatırladaq ki, Faruk Koca hakimi vurduğu üçün saxlanılıb.

Bundan sonra AK Partiya rəhbərliyi onun partiyadan çıxarılması üçün İntizam Komitəsinə təqdimat verib. Lakin klub prezienti rəsmi qərar gözləmədən istefa verib.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər