Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək
Tarix: 18-12-2023 12:00 | Bölmə: İdman
Bakıda boks üzrə beynəlxalq turnir keçiriləcək

Bakıda Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunan gənclər arasında ənənəvi beynəlxalq turnir keçiriləcək.

Reyting.az
xəbər verir ki, bu gün Bakı Boks Mərkəzində startı veriləcək yarışda 7 komanda mübarizə aparacaq.

Turnirdə Azərbaycan boksçuları ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Tacikistan və Səudiyyə Ərəbistanı milliləri iştirak edəcəklər. Həmçinin Avropa Boks Konfederasiyasının (EUBC) komandası da qüvvəsini sınayacaq.

97 boksçunun qatılacağı turnirin açılış mərasimi saat 14:30-da olacaq. Yarım saat sonra isə döyüşlər başlayacaq. Yarışa dekabrın 22-də yekun vurulacaq.

Qeyd edək ki, turnirin supervayzeri serbiyalı Draqolyub Radoviç, baş hakimi Anar Babanlıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}