Azərbaycan Kubokunun püşkü atılıb
Tarix: 19-12-2023 12:59 | Bölmə: İdman
Azərbaycan Kubokunun püşkü atılıb

Basketbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb.

Reyting.az
xəbər verir ki, 10 komanda beş iştirakçıdan ibarət iki qrupa bölünüb.

A qrupunda "Neftçi", "Xəzri", "Cəlilabad", "Xırdalan" və "Sumqayıt", B qrupunda "Sabah", "Gəncə", "NTD-İndiqo", "Sərhədçi" və "Şəki" yer alıblar.

Komandalar bir-biriləri ilə dairəvi sistemlə oynayacaqlar. Qruplarda ilk iki yeri tutanlar yarımfinala vəsiqə qazanacaqlar.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}