AFFA 7 komandaya texniki məğlubiyyət verib
Tarix: 20-12-2023 17:49 | Bölmə: İdman
AFFA 7 komandaya texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi 7 komandaya texniki məğlubiyyət verib.

Məlumata görə, AFFA Region Liqasında keçirilməli olan “Biləsuvar” – “Qobustan” oyunu ev sahibi tərəfindən öhdəliklər icra edilmədiyindən və polis təyin olunan vaxtda gəlmədiyindən baş tutmayıb.

Bu səbəbdən “Biləsuvar” 0:3 hesablı texniki məğlubiyyət alıb. Həmin liqanın “Veteran Tankçılar Gəncə” – “Bərdə” görüşünün sonlarında heyətində əvəzetmə limiti pozulan birincilərə eyni cəza kəsilib. “Qarxun”la matçda isə hakimin tələbinə riayət etməyib meydana çıxmayan “Şəki” texniki məğlubiyyətə məruz qalıb.

AFFA U-10 Liqasında Gəncə təmsilçiləri “Azəri” ilə “Qoşqar” arasında keçirilməli olan matç ikincilərin təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Bu, “Azəri”yə texniki qalibiyyət sevinci yaşadıb.

U-14 Qızlar Liqasında “Turan Tovuz”a 1:4 hesabı ilə məğlub olan “Kəpəz” Əsasnaməyə uyğun təvəllüd limitini pozub. Yüksək Qızlar Liqasının “Qəbələ” – “Balxurma” (Balakən) oyununda isə ikincilər lisenziyalarını təqdim etmədiyindən (U-17 liqadan oyunçuları oyuna gətiriblər) və qarşılaşmanın başlaması üçün tələb olunan yetərsay olmadığından, görüş keçirilməyib. Həm “Kəpəz”ə, həm də “Balxurma”ya texniki məğlubiyyət verilib.

“Metropoliten”lə görüşdə təyin edilən vaxtda meydana çıxmayan “Şuşa” da 0:3 hesablı texniki məğlubiyyət ilə üzləşib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər