Tovuz stadionunda işıq dirəyi aşıb, oyun dayandırılıb - Yenilənib
Tarix: 23-12-2023 18:02 | Bölmə: İdman
Tovuz stadionunda işıq dirəyi aşıb, oyun dayandırılıb

Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşıb.

Məlumata görə, hadisə qarşılaşmanın 81-ci dəqiqəsində baş verib.

Meydan sahibləri hesabda 2:1 öndə olarkən güclü küləyin təsirindən işıq dirəyi qırılıb və nəticədə qarşılaşma yarımçıq dayandırılıb. Hakimlər və komandalar meydançanı tərk ediblər.

Görüşün təxirə salınması gözlənilir(Report).

***

Azərbaycan Premyer Liqasının XVIII turunun “Turan Tovuz” – “Araz-Naxçıvan” oyunu təxirə salınıb.

Reyting.az
xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, buna səbəb 81-ci dəqiqədə matçın keçirildiyi Tovuz şəhər stadionunda işıq dirəklərindən birinin aşması olub. Güclü külək nəticəsində projektor qırıldığından, baş hakim Rəvan Həmzəzadə son dəqiqələrin oynanılmamasını qərara alıb. Dekabrın 24-də keçiriləcək görüşün qalan hissəsi saat 12:00-da başlayacaq.

Qeyd edək ki, oyun dayandırılarkən “Turan Tovuz” hesabda 2:1 öndə olub. Meydan sahiblərindən 5-ci dəqiqədə Xəyal Nəcəfov, 16 dəqiqədə penaltidən Bruno Qonçalves, qonaqlardan isə 58-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqləniblər.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}