18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Azərbaycan millilərinə yeni baş məşqçilər təyin olunub
Tarix: 27-12-2023 12:15 | Bölmə: İdman
Azərbaycan millilərinə yeni baş məşqçilər təyin olunub

Ağırlıqqaldırma üzrə Azərbaycan millilərinə yeni baş məşqçilər təyin olunublar.

Reyting.az
xəbər verir ki, İdarə Heyətinin qərarına əsasən, rusiyalı Maxtı Makkayev kişilərdən ibarət yığmanın çalışdırıcısı təyin olunub.

O, uzun müddət Rusiya yığmasında işləyib, ölkəsində ilin ən yaxşı məşqçisi seçilib. Makkayevin tələbələri dünya, Avropa çempionatları, Yay Olimpiya Oyunları, digər beynəlxalq yarışlarda qalib və mükafatçı olublar. Ukraynalı Denis Qotfrid onun köməkçisi funksiyasını yerinə yetirəcək.

Asif Məmmədov böyüklər, Emil Əliyev gənclər, Oktay Muxtarov yeniyetmələr üzrə böyük məşqçi vəzifələrində çalışacaqlar.

Sərdar Həsənov isə qadınlardan ibarət millinin baş məşqçisi olacaq. Ona Əfqan Bayramov kömək edəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}