18:49 / 27-04-2024
Abşeronda qətl törədilib
Futbol qalmaqalı küçənin adının dəyişməsi ilə nəticələnəcək
Tarix: 30-12-2023 09:49 | Bölmə: İdman
Futbol qalmaqalı küçənin adının dəyişməsi ilə nəticələnəcək

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda oynanılması planlaşdırılan “Qalatasaray” - “Fənərbaxça” arasında “Turkcell Superkubok finalı” oyunu qəbuledilməz şərtlər səbəbindən təxirə salınıb.

Reyting.az
xatırladır ki, matçın təxirə salınmasına səbəb oyun salonunda Türkiyənin qurucusu Mustafa Kamal Atatürkün plakatlarının qaldırılmasına və Türkiyə milli himninin oxunmasına qadağa qoyulması olub.

Bundan sonra gecə saatlarında sosial media hesabından açıqlama verən Beşiktaş Bələdiyyə sədri Rıza Akpolat Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun yerləşdiyi Akasyalı küçəsinin adının dəyişdiriləcəyini açıqlayıb.

Akpolat açıqlamasında deyib:

“Əziz dostlar, Birinci Dünya Müharibəsində çətin şəraitdə 2 il 7 ay Mədinəni və müqəddəs torpaqlarımızı uğurla müdafiə edən vətənpərvər səhra pələngi Fəhrəddin Paşanın adını Akasyalı küçəsinə verəcəyik. Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunun yerləşdiyi küçənin adını dəyişdirməklə bağlı təklifimizlə Bələdiyyə Şuramıza təqdim edəcəyik. Bizim küçədə Cümhuriyyətimizin qurucuları Mustafa Kamal Atatürk və Fəxrəddin Paşa üçün də xüsusi vizual sahə olacaq”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}