13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Çempionlar Liqası: “Qarabağ”ın oyunu ingilis hakimlər idarə edəcək
Tarix: 26-08-2024 12:58 | Bölmə: İdman
Çempionlar Liqası: “Qarabağ”ın oyunu ingilis hakimlər idarə edəcək

"Qarabağ" və Xorvatiyanın "Dinamo" komandaları arasında Bakıda keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun təyinatları bəlli olub.

Reyting.az xəbər verir ki, oyunu ingilis hakim FIFA referisi Maykl Oliver idarə edəəck. Ona Stüart Burt və Li Betts kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını Kris Kavanaq yerinə yetirəcək. VAR-da Stüart Attvell, AVAR-da Timoti Vud əyləşəcək. Hakim-inspektor Peter Sippel (Almaniya), UEFA nümayəndəsi Balaş Makray (Macarıstan) olacaq.

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.




Bölməyə aid digər xəbərlər