13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Rəşad Sadıqov: "Komandamdan əzmkar futbol gözləyirəm"
Tarix: 28-08-2024 18:05 | Bölmə: İdman
Rəşad Sadıqov: "Komandamdan əzmkar futbol gözləyirəm"

"Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".

Məlumata görə, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kiprin "Omoniya" komandasına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

Mütəxəssis ilk matçda böyükhesablı məğlubiyyətə baxmayaraq cavab qarşılaşmasına ciddi hazırlaşdıqlarını bildirib:

"İlk Görüşdəböyük hesabla uduzduq. Fərqli ab-havada bu qarşılaşmaya hazırlaşmaq istəyərdik. Nəticənin pozitiv olması üçün əlimizdən gələni edəcəyik. Qələbə bizim üçün vacibdir. Komandamdan əzmkar, baxımlı futbol gözləyirəm".

Qeyd edək ki, avqustun 29-da təşkil olunacaq görüş saat 20:00-da start götürəcək. Kiprdəki ilk matçda rəqib altı cavabsız qolla qalib gəlib.




Bölməyə aid digər xəbərlər