13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Avropa Liqası: "Qarabağ"ın ilk rəqibləri bəlli olub
Tarix: 30-08-2024 15:39 | Bölmə: İdman
Avropa Liqası: "Qarabağ"ın ilk rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində ilk rəqibləri bəlli olub.

Məlumata görə, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında isə səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq(Report).

Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmo" (İsveç) ilə, ardınca isə səfərdə "Budyo Qlimt" (Norveç) ilə görüşəcək. "Styaua" (Rumıniya və "Elfsborq" (İsveç)

Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.




Bölməyə aid digər xəbərlər