13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Azərbaycan-İsveç oyununun təyinatları müəyyənləşib
Tarix: 02-09-2024 12:40 | Bölmə: İdman
Azərbaycan-İsveç oyununun təyinatları müəyyənləşib

Azərbaycan millisinin İsveç yığması ilə Bakıda keçirəcəyi UEFA Milətlər Liqasının I tur oyununun təyinatları müəyyənləşib.

Reyting.az
AFFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq görüşü Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

FIFA referisi Balázs Berkeyə Vencel Toth və Balazs Szert köməklik göstərəcək.

Dördüncü hakim funksiyasını Csaba Pinter yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq qarşılaşma saat 20:00-da başlayacaq.




Bölməyə aid digər xəbərlər