Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb
Tarix: 26-09-2024 17:00 | Bölmə: İdman
Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb

Minifutbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünün püşkü atılıb.

Reyting.az
xəbər verir ki, püşkdən sonra I turda üz-üzə gələcək komandalar müəyyənləşib.

Tədbirdə Azərbaycan Minifutbol Federasiyasının (AMF) baş katibi Orxan Hüseynov, turnirdə iştirak edəcək komandaların nümayəndələri və digər şəxslər iştirak ediblər.

İlk olaraq AMF-in 2017-ci ildən bu vaxtadək gerçəkləşdirdiyi layihələr haqqında məlumat verilib.

Ardınca ötən mövsümün ən yaxşı futbolçusu açıqlanıb. Bu ada "Birbaşa Bakı"dan Elvin Əlizadə layiq görülüb.

Son olaraq turnirin reqlamenti barədə məlumat verilib. Çempionatda 13 tur oynanılacaq və ardınca pley-off, 1/4 final, yarımfinal və final matçları baş tutacaq.

Minifutbol üzrə Azərbaycan Çempionatı, I tur

“Aznur” - “Çinar Zəngilan”
"Füzuli Altay” - “Zirə”
“Sumqayıt” - “Atəşgah Suraxanı”
“Star Bakı” - “Siyəzən”
“Şamaxı” - “Laçın”
"Birbaşa Bakı” - “Göyçə”
"Galaxy” - “Bakı 145”

Qeyd edək ki, oktyabrın 1-də start veriləcək turnirdə 14 komanda mübarizə aparacaq. Ötən mövsüm "Birbaşa Bakı" ölkə çempionu olub.




Bölməyə aid digər xəbərlər