"Fənərbağça"nın vitse-prezidenti: "Eyni filmin oynanmasına icazə verməyəcəyik"
Tarix: 30-09-2024 09:57 | Bölmə: İdman
"Fənərbağça"nın vitse-prezidenti: "Eyni filmin oynanmasına icazə verməyəcəyik"

"Biz bir matçla yıxılmayacağıq, biz "Fənərbağça"yıq. Məğlub olmayacağıq. Çempion olacağıq. Ötən ilki eyni filmin təkrar oynanmasına əsla imkan verməyəcəyik".

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri "Fənərbağça"nın vitse-prezidenti Acun Ilıcalı "Antalyaspor"a 2-0 qalib gəldikləri oyundan sonra deyib.

Oyunçuları və məşqçilərini təbrik edən Ilıcalı bildirib ki, bu, çox vacib qələbə olub: "Bizdən öndə olanı komandalarla ("Qalatasaray"ı nəzərdə tutur - Red) xal fərqini aradan qapatdıq. Düşünürəm ki, bu qələbə uzun yolda komandamızın gələcəyi üçün çox faydalı olacaq".

Azarkeşlərə də səslənən Ilıcalı daha sonra azarkeşlərə səslənib: "Azarkeşlərimiz bunu yaxşı bilsin. Biz bunu həmişə demişik, bundan sonra da deyəcəyik. Biz çemoon olacağıq. Keçən ilki oyunların təkrarlanmasına imkan verən deyilik. Dürüst yolla gedərək sevincli sona yetişəcəyik. Bu yolda inşallah, bizi gözəl günlər gözləyir".

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}