Azərbaycan boksçusunun ilk rəqibi dəqiqləşib
Tarix: 11-09-2019 09:49 | Bölmə: İdman
Azərbaycan boksçusunun ilk rəqibi dəqiqləşib

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.

Reyting.az
-ın məlumatına görə, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}