23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
Mourinyo “Tottenhem”də ilk oyununda qalib gəldi
Tarix: 23-11-2019 19:29 | Bölmə: İdman
Mourinyo “Tottenhem”də ilk oyununda qalib gəldi

“Tottenhem” futbolçuları İngiltərə çempionatının 13-cü turunda səfərdə “Vest Hem”ə 3:2 hesabı ilə qalib gəliblər.

Reyting.az
xəbər verir ki, London klubunun heyətində Son Xın Min (36-cı dəqiqə), Lukas Moura (43) və Harri Keyn (49) fərqlənib.

Meydan sahiblərinin qollarını Maykl Antonio (73-cü dəqiqə) və Ancelo Oqbonna (90+6) vurublar.

Qeyd edək ki, bu görüş Joze Mourinyonun “Tottenhem”in baş məşqçisi kimi ilk görüşü idi. O, London klubuna argentinalı baş məşqçi Maurisio Poçettinonun yerinə gətirilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}