16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Zirə" "Keşlə"yə qalib gəlib
Tarix: 24-11-2019 18:00 | Bölmə: İdman
"Zirə"  "Keşlə"yə qalib gəlib

Bu gün Azərbaycan Premyer Liqasında XII turunda "Zirə" "Keşlə"ni qəbul edib.

Reyting.az
xəbər verir ki, görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.

Qolların hamısı ilk yarıda vurulub. Hesabı 6-cı dəqiqədə İlkin Muradova qarşı kobudluqdan sonra penalti ilə Xulio Sezar Rodriges açıb.

Bundan 5 dəqiqə sonra paraqvaylı hücumçu cərimə zərbəsini dəqiq yerinə yetirib. 35-ci dəqiqədə isə kapitan Cavid Hüseynov kombinasiyalı hücumu dəqiq zərbə ilə tamamlayıb.

"Keşlə" təsəlli qolunu ilk yarının 5-ci uzatma dəqiqəsində vurub.

İkinci hissədə isə qonaqlar azlıqda qalıb. 59-cu dəqiqədə Sezar Meza Kolli "Zirə"nin futbolçusuna bilərəkdən zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}