09:03 / 28-11-2024
Kosmik raket partlayıb - Video
Milli komandanın keçmiş üzvünü polis saxlayıb - Səbəb
Tarix: 05-03-2020 11:11 | Bölmə: İdman
Milli komandanın keçmiş üzvünü polis saxlayıb

Braziliya millisinin sabiq üzvü Ronaldinyo Paraqvayda polis tərəfindən saxlanılıb.

Xarici KİV-lər xəbər verir ki, "Barselona"nın sabiq oyunçusu Paraqvaya getmək üçün saxta pasportdan istifadə etməkdə şübhəli bilinir. Dünən axşam saatlarında polis Ronaldinyonun qaldığı oteldə axtarış aparıb və onun adına olan saxta pasport tapıb. Sabiq futbolçunun bu gün prokurorluqda ifadə verəcəyi bildirilir.

Qeyd edək ki, Ronaldinyo borcları səbəbindən 2018-ci ildə pasportundan məhrum edilmiş və ölkədən çıxışına qadağa qoyulmuşdu.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər