12:39 / 27-11-2024
Sabah yağış yağacaq
Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi ölkə bəlli olub
Tarix: 07-12-2020 09:06 | Bölmə: İdman
Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi ölkə bəlli olub

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2024-cü il Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi yeri açıqlayıb.

Reyting.az
xəbər verir ki, FİDE-nin Baş Assambleyasının qərarına əsasən, yarış Macarıstanın paytaxtı Budapeştdə təşkil olunacaq.

Budapeşt turnirə artıq ikinci dəfə ev sahibliyi edəcək. Yarış bunadək Macarıstan paytaxtında bir dəfə 1926-cı ildə keçirilib. Həmin vaxt turnirdə Macarıstan qalib olub.

Qeyd edək ki, Olimpiadanın bu il Rusiyada, 2022-ci ildə Belarusda təşkili planlaşdırılsa da, Rusiyadakı yarış koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınıb, Belarus isə turniri keçirməkdən imtina edib.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər