Yarımfinalın cavab oyunları FİFA referilərinə tapşırılıb
Tarix: 28-04-2021 19:00 | Bölmə: İdman
Yarımfinalın cavab oyunları FİFA referilərinə tapşırılıb

Futbol üzrə Azərbaycan kubokunda yarımfinal mərhələsinin cavab oyunlarının təyinatları müəyyənləşib.

Reyting.az
xəbər verir ki, “Qarabağ” - “Sumqayıt” matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

“Zirə” – “Keşlə” görüşünü isə digər FİFA referisi Elçin Məsiyev idarə edəcək.

Azərbaycan kuboku
Yarımfinalın cavab oyunları

29 aprel


17:00. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu.
İlk oyun – 0:0.

20:00. “Zirə” – “Keşlə”

Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu.
İlk oyun – 2:1.(Matç.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər