07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
"Barselona" maliyyə mənbələri axtarır
Tarix: 29-04-2021 18:26 | Bölmə: İdman
"Barselona" maliyyə mənbələri axtarır

"Barselona" ciddi maliyyə problemləri ilə üzləşdiyi üçün maliyyə mənbələri axtarışındadır.

Reyting.az
xəbər verir ki, bu barədə ESPN məlumt yayıb.

Bildirilib ki, prezident Joan Laporta daha əvvəl Avropa Superliqasını əsas maliyyə mənbəsi hesab edirdi. Belə ki, ABŞ-ın "JP Morgan" bankı təşkilata 350 milyon dollarlıq vəsait köçürəcəkdi və bu, yaradıcı 12 klub arasında bölünəcəkdi. Rəhbərlik isə buradan əldə olunan gəlirlə kapitanı Lionel Messi ilə yeni müqavilə imzalamağı, PSJ-dən Neymarı və "Borussiya"dan (Dortmund) Erlinq Haalandı transfer etməyi düşünürdü. Lakin layihə fəaliyyətini dayandırandan sonra Kataloniya klubunun planları pozulub. Hazırda "Barselona" xarici sərmayə axışını gücləndirmək niyyətindədir. Həmçinin klub əlverişli bir ödəmə planı olan kredit üçün müxtəlif investisiya fondları ilə danışıqlar aparır.

Eləcə də "Barselona" "Nou Kamp" stadionunun adının satılmasını, "Corporate" şirkətinsəki payının satılmasını, işçilərin maaşlarının kəsilməsini və futbolçuların satılmasını da müzakirə edir.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}