Məmmədyarov 3-cü yer uğrunda Aronyanla qarşılaşıb
Tarix: 02-05-2021 10:10 | Bölmə: İdman
Məmmədyarov 3-cü yer uğrunda Aronyanla qarşılaşıb

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri baş tutub.

Norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi şahmat üzrə Çempionlar Turunun “New In Chess” adlı 5-ci mərhələsində həlledici raundun ilk görüşləri olub.

Reyting.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamuraya uduzan Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3-cü yer uğrunda görüşdə Levon Aronyanla (Ermənistan) qarşılaşıb.

Şahmatçımız ilk oyun günündə bu rəqibi ilə heç-heçə razılaşıb - 2:2. Qalib mayın 2-də keçiriləcək ikinci final gününün yekununda müəyyənləşəcək. Qarşılaşmaların ardından qalib bilinməsə, tay-brek oynanılacaq.

Çempionluq oyununda isə Karlsenlə Nakamura üz-üzə gəlib. 4 görüşün yekununda dünya çempionu qalib gəlib - 3:1.

New In Chess
Final
1 may


Maqnus Karlsen (Norveç) - Hikaru Nakamura (ABŞ) - 3:1 (0,5:0,5; 0,5:0,5; 1:0; 1:0)

3-cü yer uğrunda görüş

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Levon Aronyan (Ermənistan) - 2:2 (0:1; 1:0; 0:1; 1:0).(Matc.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər