07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
“Mançester Yunayted” - “Liverpul” oyunu təxirə salınıb
Tarix: 02-05-2021 23:37 | Bölmə: İdman
“Mançester Yunayted” - “Liverpul” oyunu təxirə salınıb

Futbol üzrə İngiltərə Premyer Liqasında 34-cü turun “Mançester Yunayted” - “Liverpul” oyunu təxirə salınıb.

Reyting.az
xəbər verir ki, buna səbəb kimi Mançesterdə yerli azarkeşlərin törətdiyi ixtişaşlar göstərilib.

Belə ki, bu gün “Mançester Yunayted” fanatları rəhbərliyə etiraz əlaməti kimi şəhərdə etiraz aksiyaları keçiriblər. Onların aksiyası “Old Trafford” stadionunun önündə başlasa da, sonradan fanatların bir hissəsi arenanın içərisinə soxulub.

“Mançester Yunayted” klubu baş verənlərlə əlaqədar rəsmi açıqlama yayıb. Xəbərdə yerli polis, Premyer Liqa və “Old Trafford” rəhbərliyi ilə müzakirələrdən sonra oyunun ertələnməsinin məqsədəuyğun hesab olunduğu diqqətə çatdırılıb.

Hələlik matçın nə vaxt keçiriləcəyi məlum deyil. Halbuki, bu görüş İngiltərə çempionunun müəyyənləşməsi baxımından önəmli idi. “Mançester Yunayted” bu oyunda uduzsaydı, “Mançester Siti” sona 4 tur qalmış Premyer Liqanın qalibi olacaqdı.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}