AVRO-2020-nin kubokunun Bakıya gətiriləcəyi tarix dəqiqləşib
Tarix: 03-05-2021 12:11 | Bölmə: İdman
AVRO-2020-nin kubokunun Bakıya gətiriləcəyi tarix dəqiqləşib

AVRO-2020-nin kubokunun qitə turu davam edir.

Məlumata görə, çempionatın oyunlarına ev sahibliyi edəcək 11 şəhərə səyahət edəcək mükafat Roma və Buxarestin ardından Budapeştdə də nümayiş olunub.

Avropa futbolunun ən dəyərli kubokunun növbəti dayanacağı isə Bakıdır. Mükafat Azərbaycan paytaxtına bu həftə gətiriləcək.

Kubokun Bakı səfəri mayın 7-8-nə planlaşdırılıb. Lakin əvvəlki üç şəhərdə olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası ilə əlaqədar geniş tədbirlər nəzərdə tutulmayıb.

Kubok turu Bakıdan sonra Kopenhagenə, ardınca isə Amsterdam, Sankt-Peterburq, Münhen, Qlazqo, Londona aparılacaq. Hələlik Sevilya səfərinin vaxtı dəqiqləşməyib. Bu da şəhərin sonradan Bilbaonu əvəzləməsi səbəbindəndir.

Qeyd edək ki, iyunun 11-dən iyulun 11-dək keçiriləcək Avropa çempionatı 11 şəhərdə təşkil olunacaq/ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}