Messi "Barselona" ilə 2 illik müqavilə imzalayacaq
Tarix: 04-05-2021 16:54 | Bölmə: İdman
Messi "Barselona" ilə 2 illik müqavilə imzalayacaq

Lionel Messinin İspaniya "Barselona"sı ilə imzalayacağı yeni müqavilənin müddəti bəlli olub.

Bu barədə məlumatı italiyalı jurnalist Nikola Skira özünün tvitter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, argentinalı hücumçu Kataloniya təmsilçisinin 2 illik sözləşmə təklifini qəbul edib. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Qeyd edək ki, Lionel Messinin "Barselona" ilə hazırkı müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}