“Roma” klubunun yeni baş məşqçisi bəlli olub
Tarix: 04-05-2021 18:09 | Bölmə: İdman
“Roma” klubunun yeni baş məşqçisi bəlli olub

İtaliyanın “Roma” klubunun yeni baş məşqçisi bəlli olub.

Bunu paytaxt təmsilçisi açıqlayıb.

Yeni mövsümdən romalıları Joze Mourinyo çalışdıracaq. Onunla 2024-cü ilin yayına qədər müqavilə imzalanıb.

Portuqaliyalı bu postda həmyerlisi Paulu Fonsekanı əvəzləyəcək. Mourinyo fəaliyyətinə yayda başlayacaq.

Qeyd edək ki, Mourinyonun son iş yeri ötən ay ayrıldığı “Tottenhem” olub/Apasport.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}