Millimiz beynəlxalq turnirdə iştirak edəcək
Tarix: 06-05-2021 15:20 | Bölmə: İdman
Millimiz beynəlxalq turnirdə iştirak edəcək

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Ukraynada Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək.

Bu barədə Ukrayna Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

26 -28 mayda təşkil olunacaq turnirdə Özbəkistan və Tunis seçmələri də qüvvəsini sınayacaq. Azərbaycan millisi meydan sahibləri ilə qarşılaşacaq. Digər matçda isə Tunis və Özbəkistan yığmaları üz-üzə gələcək.

Final və 3-cü yer uğrunda matçlar mayın 28-də olacaq/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər