10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
Azərbaycan I Divizionunda çempion bəlli olub
Tarix: 06-05-2021 18:58 | Bölmə: İdman
Azərbaycan I Divizionunda çempion bəlli olub

Futbol üzrə Azərbaycan I Divizionunda 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

Məlumata görə, XXV turda evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gələn "Neftçi-2" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib. "Ağ-qaralar"ın qolunu 65-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub.

Bu qələbədən sonra xallarını 61-ə çatdıran paytaxt təmsilçisi ən yaxın izləyicisi "Zaqatala"nı 11 xal qabaqlayır.

Aşağı dəstədə medalçılar da bəlli olub. Digər komandaların 2-3-cü yerləri tutmaq şansı olmadığından "Zaqatala" ilə "Turan Tovuz" mükafatları təmin edib. Rəqiblərindən 1 oyun az keçirən zaqatalalılar 50 xalla ikinci pillədə qərarlaşıb. Əyalət komandası mayın 7-də "Qaradağ Lökbatan"ı qəbul edəcək. XXV turda "Sabah"la 3:3 hesablı heç-heçəyə razılaşan "Turan Tovuz" isə 48 xalla 3-cü sırada yer alıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}