AVRO-2021: Azərbaycan millisi məğlub olub
Tarix: 07-05-2021 17:23 | Bölmə: İdman
AVRO-2021: Azərbaycan millisi məğlub olub

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Reyting.az
xəbər verir ki, komanda F qrupunda ilk oyununu Monteneqro seçməsinə qarşı keçirib.

Yığma Gürcüstandakı görüşdə rəqibinə 1:3 hesabı ilə uduzub. İlk set rəqibin 25:23 hesablı qələbəsi ilə bitib. İkinci setdə 25:21 hesabı ilə məğlub olan yığma, üçüncü setdə rəqibinə qalib gəlib - 25:21. Dördüncü set Monteneqronun xeyrinə başa çatıb - 25:15.

Qrupun digər qarşılaşmasında Gürcüstan Yunanıstanla görüşəcək.

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 8-də Gürcüstana qarşı keçirəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}