Tokio-2020: Azərbaycan 22-ci lisenziyanı qazanıb
Tarix: 07-05-2021 21:01 | Bölmə: İdman
Tokio-2020: Azərbaycan 22-ci lisenziyanı qazanıb

Azərbaycan taekvondoçusu Fəridə Əzizova Bolqarıstanın paytaxtı Sofiyada Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

Məlumata görə, 67 kq-da mübarizə aparan idmançı finala gedən yolda ukraynalı Tatyana Teterevyatnikova ilə qarşılaşıb.

Rəqibinə 7:2 hesabı ilə qalib gələn Əzizova finala çıxmaqla yanaşı. olimpiadaya lisenziyanı da təmin edib. Onun finaldakı rəqibi fransalı Maqda Vit-Enen olacaq.

Qeyd edək ki, bu, Azərbaycanın Tokio olimpiadasına ümumilikdə 22-ci lisenziyası olub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}