FİFA prezidenti: “UEFA-nı Superliqadan imtinada dəstəkləyirik
Tarix: 08-05-2021 13:35 | Bölmə: İdman
FİFA prezidenti: “UEFA-nı Superliqadan imtinada dəstəkləyirik

“Biz UEFA-nı Superliqadan imtinada dəstəkləyirik. Həmişə beynəlxalq futbol təşkilatlarının bayrağı altında keçirilməyən, birlik üçün təhlükə yaradan istənilən yarışın əleyhinə olacağıq”.

Bunu FİFA prezidenti Canni İnfantino deyib.

İngiltərə Premyer Liqasında mövsümün start vaxtı dəqiqləşib

O, UEFA və Superliqa yaratmaq istəyinə düşən klublar arasındakı münasibətlə bağlı fikrini açıqlayıb. O, həmin klublarının cəzalandırılması məsələsinə də toxunub: “Tərəflər arasında dialoqun tərəfdarıyam. Bizim qapılar hamının üzünə açıqdır. Superliqa klublarına qarşı sanksiyalara gəlincə, belə qərarlar verməli olan müstəqil və müvafiq orqanlar var. Bunu mən şərh etməli deyiləm. Aydındır ki, klublar bunun nəticələrinə üzləşməlidir. Əminəm ki, onlar bu barədə bilir”.

Qeyd edək ki, UEFA prezidenti Aleksander Çeferin Superliqanın yaradıcıları olan “Real”, “Barselona” və “Yuventus”un avrokuboklardan iki mövsümlük kənarlaşdırılması təklifini irəli sürüb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}