"Mançester Siti" çempionluğunu rəsmiləşdirə bilməyib
Tarix: 08-05-2021 23:18 | Bölmə: İdman
"Mançester Siti" çempionluğunu rəsmiləşdirə bilməyib

"Mançester Siti" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Reyting.az
xəbər verir ki, komanda 35-ci turda "Çelsi"ni qəbul edib və 1:2 hesabı ilə uduzub.

"Mançester Siti" - "Çelsi" - 1:2
Qollar: Stelinq, 44 (1:0), Zieş, 63 (1:1), Alonso, 90+2 (1:2)

Bununla da, Pep Qvardiolanın komandası erkən çempionluğu rəsmiləşdirə bilməyib. "Mançester Siti" hazırda 80 xalla 1-ci, "Mançester Yunayted" 67 xalla 2-ci, "Çelsi" 64 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Mançester Siti" və "Çelsi" Çempionlar Liqasının finalında da üz-üzə gələcək.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}