"Arsenal" Çempionlar Liqasına şansını itirib
Tarix: 09-05-2021 12:06 | Bölmə: İdman
"Arsenal" Çempionlar Liqasına şansını itirib

"Arsenal" növbəti mövsümdə Çempionlar Liqasında çıxış etmək şanslarını itirib.

Reyting.az
xəbər verir ki, bu, ötən gün "Çelsi"nin "Mançester Siti"yə qalib gəlməsindən (2:1) sonra dəqiqləşib. "Zadəganlar" bu görüşdə qələbə qazanmaqla 4-cü yerdən 5-ci pilləyə yüksəliblər. Sona 4 tur qalmış "Arsenal"ı ÇL-ə düşməsi üçün qərarlaşması lazım olan 4-cü yerdən və "Lester Siti"dən 14 xal ayırır. Beləliklə, "topçular" qalan bütün matçlarda qalib gəlsələr belə, turnirə vəsiqəni təmin edə bilməyəcəklər. Bununla da klub ardıcıl 5 mövsüm Çempionlar Liqasından kənarda qalacaq.

Qeyd edək ki, "Arsenal" hazırda sıralamada 49 xalla 10-cudur.(Qol.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}