Millimizin hücumçusu klubunu dəyişmək istəyir
Tarix: 10-05-2021 11:06 | Bölmə: İdman
Millimizin hücumçusu klubunu dəyişmək istəyir

Ukrayna "Minay"ında çıxış edən millimizin hücumçusu Anatoli Nuriyev klubunu dəyişmək qərarına gəlib.

Reyting.az
xəbər verir ki, bu barədə "Meta-ratings" məlumat yayıb.

Məlumata görə, "Minay"ın Premyer Liqanı tərk etməsi kapitan Nuriyevlə yanaşı bir neçə futbolçunun komandadan ayrılmaq fikrinə düşməsinə səbəb olub.

Nuriyev ötən ay klubu ilə müqaviləsini 2022-ci ilin iyununa qədər uzadıb. Ancaq onun müqaviləsində belə bir bənd var ki, klub elitanı tərk etsə, mövsümün sonunda azad agent statusu ala və "Mina"yı tərk edə bilər.

25 yaşlı hücumçu ilə Ukraynanın digər klubu "Kolos" maraqlanır. Vasilkov təmsilçisi avrokuboklar öncəsi hücum xəttini gücləndirmək istəyir.

Qeyd edək ki, Nuriyev bu mövsüm Premyer Liqada 24 oyuna 10 qol vurub.(Qol.az)




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər