AVRO-2020: biletlərin ləğvi başlayıb
Tarix: 10-05-2021 13:38 | Bölmə: İdman
AVRO-2020: biletlərin ləğvi başlayıb

AVRO-2020 üçün sifariş olunan biletlərin ləğvi və pulların qaytarılmasına başlanılıb.

Məlumata görə, UEFA onlayn bilet əldə edənlər arasında püşkatma keçirib.

Bəxti gətirməyən azarkeşlər bu barədə bildiriş alıb. Onların bileti ləğv edilib və ödədikləri vəsait geri qaytarılır.

Buna səbəb oyunların məhdud sayda tamaşaçı önündə keçirilməsidir. Biletlər Bakı və Avropanın digər 10 şəhərinin qəbul edəcəyi yarışda tamaşaçı sayını tənzimləmək üçün geri qaytarılır.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək/ApaSport




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}