Premyer Liqanı tərk edəcək sonuncu klub bəlli olub
Tarix: 11-05-2021 09:30 | Bölmə: İdman
Premyer Liqanı tərk edəcək sonuncu klub bəlli olub

“Fulhem” növbəti mövsümdə İngiltərə Premyer Liqasında mübarizə aparmayacaq.

Reyting.az
xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 35-ci turunda doğma meydanda “Bernli”yə 0:2 hesabıyla uduzmaqla elitada qalmaq şansını itirib.

Hazırda 27 xalı olan “Fulhem” son üç turda qalib gəlsə belə, Premyer Liqada qalmağa imkan verən 17-ci pillədəki “Sauthempton”a (37 xal) çata bilməyəcək.

Beləliklə, London təmsilçisi İngiltərə futbolunun elitasına qayıtdıqdan sonra ilk mövsümündəcə Premyer Liqanı tərk edib. “Fulhem”dən öncə sonuncu yeri tutan “Şeffild Yunayted” və 19-cu sırada qərarlaşmış “Vest Bromviç” də elitanı tərk etmişdi. Bununla Premyer Liqa tarixində bir ilk də gerçəkləşib. Belə ki, bu mövsümə qədər heç vaxt sona üç tur qalmış elitanı tərk edən bütün komandaların adına aydınlıq gətirilməmişdi.(Matc.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}