"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırıb
Tarix: 11-05-2021 15:37 | Bölmə: İdman
"Spartak" azərbaycanlı futbolçu ilə yollarını ayırıb

Rusiyanın "Spartak" klubu futbolçu Ayaz Quliyevlə yollarını ayırıb.

Məlumata görə, əslən azərbaycanlı yarımmüdafiəçi ilə müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Quliyev "Spartak"ın yetirməsi sayılır. O, 2018-ci ilin yayında 500 000 avro qarşılığında "Rostov"a keçib. Yarım ildən sonra isə Moskva klubu oyunçunu 1 milyon avroya geri qaytarıb.

25 yaşlı futbolçu ötən mövsüm Rusiya Premyer Liqasında 11 oyuna (8-i əsas heyətdə) çıxıb və 5 sarı vərəqə alıb. Bu mövsüm isə Quliyev heç bir rəsmi matçda iştirak etməyib. Onun müqaviləsi 2023-cü ilin yayınadək idi/Report.




Bölməyə aid digər xəbərlər
23-11-2024, 20:08 "Qarabağ" qalib gəlib

bütün xəbərlər